Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar


Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.


Bu barədə “AFN.az”a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu