71 nəfəri öldürən serial qatil güllələnib


Braziliyada Pedrinyo Matador kimi tanınan seriyal qatil kiçik Pedro Rodrigezin cəsədi Braziliyanın San-Paulu şəhərində tapılıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, polis Rodrigezin peşəkar qatil tərəfindən öldürüldüyünü bildirib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. O da məlum olub ki, Pedro Rodrigezi vuran silahlılar qaçıblar.

Rodrigezin 68 yaşı vardı. O, bir neçə il əvvəl azadlığa buraxılmışdı. 1980-ci illərdə onlarla insanı öldürdüyünə və silsilə oğurluqlara görə 300 ilə yaxın həbs cəzasına məhkum edilib. Onun cinayət işində 71 sübut olunmuş qətl hadisəsi var. Rodriguez özü yüzdən çox qurbanının olduğunu deyib. O, ilk qətlini 11 yaşında törədib. “Mən heç nəyə peşman deyiləm. Heç nədən qorxmuram, heç vaxt qorxmamışam. Əsas odur ki, hazır olun, öldürməyə kömək edəcək gücüm var. Ancaq bu, gizli məsələdir" - deyə o azadlığa çıxdıqdan sonra müsahibəsində bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu