Paşinyanın qəzaya düşən işçilərinin vəziyyəti ağırdır


Ermənistan Baş nazirinin ofisinin avtobus qəzasında xəsarət alan 3 əməkdaşı reanimasiyadadır, onların vəziyyəti ağır qiymətləndirilir.


AFN.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, martın 7-də səhər saatlarında İrəvanın Monte Melkonyan prospektində baş nazir aparatının əməkdaşlarını daşıyan avtobus qəzaya uğrayıb.
Nazirlikdən verilən məlumata görə, qəza nəticəsində 14 nəfər xəsarət alıb, onlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq paytaxtın müxtəlif tibb mərkəzlərinə yerləşdirilib. Zərərçəkənlərdən biri artıq evə buraxılıb, digər 13 nəfərə isə tibbi yardım göstərildiyi xəbər verilir.
Həkimlər doqquz nəfərin vəziyyətini orta ağır qiymətləndirir. Bir nəfərin durumu isə qənaətbəxş hesab edilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu