NATO-nun xarici işlər nazirləri gələn ay toplaşacaqlar
NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü apreldə olacaq.
AFN.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Alyansın Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qeyd edilir ki, görüş aprelin 4-5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında keçirilərək. "İclas Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində baş tutacaq. Toplantıya NATO baş katibi Yens Stoltenberq sədrlik edəcək", - deyə Mətbuat Xidmətinin açıqlamasında bildirilir.
XİN rəhbərlərinin iclasının müzakirə edəcəyi məsələlərlə bağlı hələlik açıqlama verilməyib.