Ceyhun Bayramov qazaxıstanlı nazirlə görüşüb


Martın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı arasında görüş keçirilib.


Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, informasiya, kommunikasiya, sosial müdafiə, habelə ailə və gənclər siyasəti sahələrində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Eyni zamanda, beynəlxalq təşkilatlar və çoxtərəfli əməkdaşlıq platformaları, xüsusilə də Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çərçivələrdə vacib istiqamətlər üzrə birgə səylərin artırılmasının, ölkələrimiz arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin vacib olduğu vurğulanıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Qazaxıstanın bu işlərə töhfələri qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu