Məşhur akrobatika pilotu dəhşətli qəzada öldü


Dünyaca məşhur argentinalı akrobatika pilotu Martin Reyes çıxışı zamanı təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-rəsmi açıqlamalara görə, təyyarəsi ilə əks dönüş etmək üçün manevr edən Reyes müvəffəqiyyət qazana bilməyib və yerə çırpılıb.

Təyyarədə mexaniki nasazlığın olduğu bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

"Trenque Lauquen Glider Club"da baş verən qəza rəsmi orqanlar tərəfindən də təsdiqlənib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu