Kürün quruması kimi ciddi problemimiz yoxdur AÇIQLAMA


“Azərkosmos”un bizə verdiyi imkanlar hesabına ölkənin su ehtiyatları ilə bağlı hesablama işləri aparırıq. Bunlar bizə su ehtiyatlarımızı qiymətləndirməyə imkan verir”.


“Qafqazinfo” xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının qiymətləndirməsi ilə bağlı 11 stansiya quraşdırılıb: “Hələ ki, Kürün quruması kimi ciddi problemimiz yoxdur. Kürün suyundan həm içməli, həm də suvarmada istifadə olunur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu