Adıyamanda baş verən zəlzələdə 70 vətəndaşın məzarı olan binanın podratçısı həbs edilib


Adıyamanda zəlzələ zamanı güclü dağıntıya məruz qalan və 70 nəfərin ölümünə səbəb olan Süeda Şəhər Kompleksinin podratçısı Mehmet Murat Bulut həbs edilib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adıyaman Prokurorluğundan verilən məlumata görə, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı araşdırmalar davam edir.

İstintaq çərçivəsində Adıyamanda baş verən zəlzələlərdə dağılan və 70 vətəndaşın həyatını itirdiyi Süeda Şəhər Kompleksinin podratçısı Mehmet Murat Bulut şəhər mərkəzində saxlanılıb.

Şübhəli istintaqa təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu