Bakı metrosunda qadınlar arasında dava - YENİLƏNİB + VİDEO

Qadınların Bakı metrosunun vaqonunda dava salmasından aidiyyəti qurumun xəbəri var.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
“Aidiyyəti üzrə yönləndirmişik, bu barədə tədbir görüləcək”, - B.Məmmədov bildirib.
***
Bakı metrosunda iki qadın arasında dava düşüb.
Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qadınlardan biri digərinə təpik ataraq, söyüş söyüb.
Həmin görüntüləri təqdim edirik: