Lavrov: “Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır”


“Rusiya Qarabağ ətrafında vəziyyətin nizamlanmasına diqqət ayıracaq”.


Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib.

“Şübhə etmirik ki, üçtərəfli bəyanat vəziyyətin sabitləşməsinin təmin edilməsi naminə qəbul edilən bütün qərarların icrası üçün əsas olaraq qalır”, - Rusiya XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, Rusiya nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür kömək göstərməyə hazırdır.

Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu