Bəy öz toyuna getmək üçün bir gecədə 28 kilometr piyada yol qət etməli olub


Hindistanda sürücülərin tətili səbəbindən bəy və qohumları toyun keçiriləcəyi başqa əraziyə piyada getməli olublar.


AFN.az-ın yerli mediaya istinadən məlumatına görə, onlar bir gecədə 28 kilometr yolu piyada gediblər.

Mərasimə vaxtında yetişmək üçün bəyin ailəsi Kalyansinghpur rayonundakı Sunaxhandi qəsəbəsindən gəlinin yaşadığı Dibalapadu kəndinə qədər olan məsafəni qət edib. Cümə axşamı gecəsi yola çıxan ailə cümə günü səhər təyinat nöqtəsinə çatıblar və gənclər evləndilər.

Toydan sonra bəy və qonaqlar gəlinin evində qalıblar. Onlar piyada qayıtmaq istəməyib və sürücülərin tətili dayandırmasını gözləmək qərarına gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu