Lukaşenko sammitə piyada gəlib - avtomobili xarab olub?


AİB-in Bişkek sammiti zamanı Belarus prezidenti Aleksandr Lukaşenkonun avtomobilində texniki problem olmayıb, o, iqamətgahın ərazisini piyada gəzməyə qərar verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev Lukaşenkonun sammitə piyada gəlməsilə bağlı məsələyə aydınlıq gətirib. O bildirib ki, avtomobil Belarus prezidentini işlək vəziyyətdə gözləyib: "Lakin Lukaşenko iqamətgahdakı evdən sammitin keçirildiyi binaya qədər az bir məsafəni piyada getmək qərarına gəlib".
Xatıladaq ki, bu gün internetdə Belarus liderinin pilləkənlərlə qalxaraq binaya daxil olduğu və Qırğızıstan prezidenti Sadır Japarova xarici avtomobil sənayesinin kasıb olmasından şikayət etdiyi görüntülər yayılıb. Lukaşenko qırğız prezidentə gecikməsinin səbəbi kimi "Mercedes" avtomobilinin zəif olmasını göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu