Si Cinpin Lukaşenko ilə görüşüb


Çin Prezidenti Si Cinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.


Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Pekində baş tutan görüşün başqa təfərrüatları barədə məlumat verilməyib.

Belarus liderinin mətbuat xidmətinə yaxın olan Telegram kanalı görüşün Diaoyutai hökumət iqamətgahında keçirildiyini bildirib. Kanal dövlət başçılarının danışıqlarından fotonu da dərc edib.

Lukaşenkonun səfər gündəliyinə ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri, bir sıra sosial və humanitar tədbirlər də daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu