İranda keçiriləcək təlimlərdə azı 200 hərbi helikopter iştirak edəcək


İranın planlaşdırdığı “İqtidar 1402” təlimində ən azı 200 hərbi helikopter iştirak edəcək.


Bu barədə İRNA agentliyi briqada generalı Kərim Çeşaka istinadən məlumat yayıb.

Onun sözlərinə görə, təlimlərdə İslam Respublikasının piyada, zirehli, raket və artilleriya qüvvələri də iştirak edəcək. Manevrlərə elektron müharibə və kibertəhlükəsizlik bölmələri də cəlb olunacaq. İqtidar 1402 məşqi cümə günü başlayacaq və iki gün davam edəcək.

Cümə axşamı Tasnim agentliyi bildirib ki, təlimlər ölkənin mərkəzi bölgəsində yerləşən İsfahan əyalətində keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu