Oqtay Əliyevin dəfn yeri dəyişdirildi


Ötən gün avtomobil qəzasında həlak olan tanınmış prodüser Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.


"Qafqazinfo"nun məlumatına görə, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Məlumatı ailə üzvləri təsdiq edib.

Qeyd edək ki, ötən gün O.Əliyevin Mehdiabad qəbiristanlığında dəfn olunacağı bildirilirdi.

Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ailəsinin müraciəti əsasında Nazirlik tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu