Dünyanın ən qəribə avtomobil qəzası ola bilər - VİDEO

ABŞ-da dünyanın ən qəribə avtomobil qəzalarından biri sayıla biləcək qəza baş verib.
Los-Anceles yaxınlığındakı 118-ci şossedə hərəkətdə olan avtomobillərin birindən çıxan təkər digər avtomobilin altına girərək onu havaya uçurub. Qəza anı saniyə-saniyə arxadan gələn avtomobilin kamerasına əks olunub.
Hadisə anı həmin vaxt yolda olan başqa bir avtomobilin kamerası tərəfindən saniyə-saniyə lentə alınıb. Xoşbəxtlikdən ölüm yoxdur. Qəzada iştirak edən avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.
Videonu izləyənlər təkərin yerindən çıxmasını müxtəlif səbəblərlə izah edirlər.
Həmin görüntüləri təqdim edirik: