Qanunsuz ov edənlər cəzalandırıldı


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında və Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərdən qadağan olunmuş ov alətləri götürülüb.

“Bakı şəhər sakinləri Rahib Ağayev, Nəcəfqulu Həsənov, Rüstəm Balaağazadə, Samir Əliyev, Sabirabad rayon sakini Əfqan Hüseynov və Şirvan şəhər sakini Pərviz Ağayev olduğu müəyyən edilib. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - qurum rəsmisi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu