Türkiyənin sənaye və texnologiya naziri “ASAN xidmət”də


Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, “Bilim Bakı” mərkəzinin, eyni zamanda "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.

Bildirilib ki, mərkəzin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.

Həmçinin diqqətə çatdırılıb ki, “Bilim Bakı” mərkəzi Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Türkiyəli nazirə burada fəaliyyət göstərən laboratoriyalar, təlimlər və “Deneyap” proqramı barədə məlumat verilib.

Qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə də məlumat verilib. Bildirilib ki, mərkəzin məqsədi Azərbaycanda və onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsidir.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu