Uşaqlı ailələrin saxlamayacağı it cinsləri - FOTOLAR
Hər bir it cinsi xarakter və qabiliyyət baxımından fərqlidir. Dost və mehriban itlərlə yanaşı, daha qəzəbli olanlar da var. İnsanlar bu cinsləri düzgün idarə etməyi bilmirlərsə, sonuncu təhlükəli ola bilər. Xüsusilə də uşaqlı ailələr saxlamalı olduqları iti dəqiq seçməlidirlər.
AFN.az xarici mediaya istinadən uşaqlar üçün ciddi təhlükə hesab edilən ev iti cinslərini təqdim edir.
Pitbul
Bu cins xüsusi olaraq digər heyvanlarla mübarizə aparmaq üçün yetişdirilib. Pitbullar aqressivliyi və güclü özünümüdafiə instinkti ilə seçilir. Köpək öyrədilməzsə, nəzarətdən çıxa bilər. Bundan əlavə, pitbulllar zorakılığa və sevmədikləri oyunlara çox dözümsüzdürlər.
Rotfeller
Bu it yaxşı tərbiyə olunarsa, sahibi üçün yaxşı dost və etibarlı qoruyucu olacaqdır. Bundan əlavə, Rotfeller tez-tez bələdçi itlər kimi istifadə olunur. Onlar öz cinslərinin güclü xarakteri ilə şöhrət qazanıblar. Lakin uşaqlar üçün təhlükə yarada bilərlər.
Çixuaxua
İlk baxışdan "uşaqla bu kiçik cins arasında necə insident ola bilər?" sualı yaranır. Ancaq əslində Çixuaxua nümayəndələri tez qəzəblənirlər. Ola bilsin ki, bu itlərin gəzinti zamanı bütün heyvanlar arasında ən yüksək səslə hürdüyünü görmüsünüz.
Uşaq it üçün xoşagəlməz bir şey etməyə başlayırsa, cavab çox gözləməyəcək. Bundan əlavə, ölçülərinə baxmayaraq, çixuaxuaların iti dişləri var, bu da dişləmələrini çox ağrılı edir.
Sibir haskisi və ya malamut
Yəqin ki, bu cinsi bu siyahıda görəcəyinizi gözləmirdiniz. Çünki bu cinsdən olan itlər bir qayda olaraq mehriban heyvan kimi tanınırlar. Onların çox enerjili olduqları bilinir və tək qalmağı sevmirlər. Kiçik uşaqlarla oynayarkən, ölçüləri ilə istəmədən onlara zərər verə bilərlər.
Evdə it saxlamaq kimi bir fikriniz olmasa da, uşaqlarınıza kiçik yaşlarından ev heyvanları ilə necə davranmağı ona və özünə zərər verməyəcək şəkildə öyrətməyə çalışın.