Çində uşaqlar üçün telefon məhdudiyyəti: Maksimum iki saat istifadə edilə bilər


Çin uşaqların smartfon istifadəsinə məhdudiyyətlər qoymağa hazırlaşır. Artıq layihə şəklində olan təklib qanuna çevrilərsə, uşaqlar gündə maksimum iki saat smartfondan istifadə edə biləcəklər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Kiber Kosmos İdarəsi tərəfindən hazırlanan layihə ictimai rəyə açıqlanıb. Çin texnologiya nəhənglərinin səhmləri qanun layihəsinin gündəmə gəlməsi ilə ucuzlaşıb.

Qanun layihəsində göstərilir ki, 16-18 yaş arası uşaqlar gündə 2 saat, 16 yaşından aşağı olanlar isə cəmi bir saat telefondan istifadə edə bilərlər.

8 yaşdan aşağı olanlar üçün nəzərdə tutulan vaxt cəmi 8 dəqiqədir. Bundan əlavə, gecə saat 22:00-dan səhər saat 06:00-dək uşaqların internetə çıxışı dayandırılacaq.

Telefon və proqram istehsalçıları yeni qaydalar üçün "Uşaqlar rejimi"ni işə salmalı olacaqlar.

Həftənin əvvəlindən "Alibaba" səhmləri 5 faizə yaxın, "Tencent" səhmləri isə 6 faiz ucuzlaşıb.

Pekin 2019-cu ildə uşaqların internetdən və oyunlardan istifadəsinə məhdudiyyətlər tətbiq edib.

Ölkədə yaşı 18-dən aşağı olanlar axşam saat 22:00-dan səhər saat 08:00-a qədər onlayn oyunlar oynaya bilməz.

Səlahiyyətlilər, qaydaların uşaqların sağlamlığı və təhsili üçün zəruri olduğunu bildirirlər.

Lakin sərt məhdudiyyətlər Çin texnologiya şirkətlərinin gəlirlərinin azalmasına səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu