İngiltərədə təhlükəli it cinslərinin qadağan edilməsi gündəmdədir
Britaniya Daxili İşlər Nazirliyi təhlükəli it cinsini qadağan etmək üçün işə başlayıb.
İngiltərədə 11 yaşlı uşağa və ətrafdakı insanlara hücum edən "American XL Bully" itinin görüntülərinin sosial mediada yayılmasından sonra açıqlama verən İngiltərə Daxili İşlər Naziri Suella Braverman bu cinsi qadağan etmək üçün işlərə başladıqlarını açıqlayıb.
Daxili işlər naziri Suella Braverman son hücumla bağlı açıqlama verib: “Bu, çox dəhşətlidir. "American XL Bully" icmalarımız, xüsusən də uşaqlar üçün açıq və ölümcül təhlükədir. Biz belə davam edə bilmərik. Mən onları qadağan etmək üçün təcili tövsiyələr verdim".
İngiltərədə heyvanların rifahı üçün çalışan Kral Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti (RSPCA) cinslərin qadağan edilməsinin bu cinsləri cinayətkarların gözündə daha dəyərli etdiyini vurğulayıb. “Bunlar böyük, güclü itlərdir, yəni ciddi xəsarətlər verə bilərlər. Ancaq təbiətcə aqressiv deyillər. Təəssüf ki, bu itlər bir çox sahibləri aqressiv davranışa sövq edən əmtəəyə çevriliblər və bunun dəyişdirilməsi lazımdır” - deyə cəmiyyətin açıqlamasında bildirilir.