"Vaqner"in İngiltərədə terror təşkilatı elan edilməsi məsələsinə baxılır


Britaniya Daxili İşlər Nazirliyi Rusiya muzdlularından ibarət “Vaqner” qrupunun sentyabrın 13-dən qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsini qadağan edən sərəncam layihəsi təqdim edib.


Qurumdan verilən açıqlamada 13 sentyabrda qüvvəyə minməsi gözlənilən qərara uyğun olaraq, "Vaqner" üzvlərinə, filiallarına və tərəfdarlarına 14 ilə qədər həbs cəzası veriləcəyi bildirilir. Həmçinin Ukrayna, Suriya, Mərkəzi Afrika Respublikası, Sudan, Liviya, Mozambik və Malidə fəaliyyət göstərən "Vaqner"ə məxsus malların terror təşkilatına aid olduğu əsası ilə ələ keçirilə biləcəyi qeyd edilib.

"Vaqner"in Ukrayna və Afrikada qanlı əməliyyatlar həyata keçirdiyi qeyd edilib və bu əməliyyatlarda insan haqlarının pozulması hallarının olduğu vurğulanıb.

"Vaqner"in qadağan olunmuş terror təşkilatı elan edilməsi qərarının səbəbi kimi qrupun fəaliyyət dairəsi, xaricdəki Britaniya vətəndaşlarına qarşı təhdidlər və terrorla qlobal mübarizəyə dəstək məqsədi göstərilib.

"Vaqner"in terror təşkilatı elan edilməsi çağırışına Ukraynanın da cavab verdiyi ifadə edilən bəyanatda, "İngiltərə Ukraynaya qeyd-şərtsiz dəstəyini davam etdirəcək və Rusiyanın təcavüzünü pisləməyə davam edəcək" - deyə qeyd edilib.

Parlamentdə müzakirəyə çıxarılacaq layihə bu həftə keçsə, "Vaqner" Böyük Britaniyada qadağan olunmuş 79-cu terror təşkilatı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu