“Vaqner” Afrikada “qanlı almaz” biznesi ilə məşğul olur


Rusiyada Kremlə yaxınlığı ilə bilinən iş adamı Yevgeni Priqojinin qurduğu “Vaqner” özəl hərbi şirkətinin Afrikada “qanlı almaz” biznesinə girişdiyi müəyyən edilib.


“Dossier” araşdırma mərkəzi, “OpenFacto All Eyes on Wagner” qeyri-hökumət təşkilatı, “European Investigative Collaborations” (EIC) təşkilatı və “Mediapart” media şəbəkəsi ilə birlikdə bununla bağlı maraqlı faktlar üzə çıxarıb.

Araşdırmada Priqojinin əməkdaşlarının “DiamVille” şirkəti vasitəsilə Mərkəzi Afrika Respublikasından Avropaya qiymətli daşlar ixrac etdiyi müəyyənləşdirilib. Onun direktoru 2018-ci ildə Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalistin (Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquev) qətli ilə bağlı istintaqda adı keçən Bienvenü Patrik Setem Bongendedir.

Şirkətin digər mühüm kadrı təcrübəli gemmoloq (qiymətli daşlar üzrə mütəxəssis - red) və qiymətləndirici Svetlana Troitskayadır. Həmin qadın öz səhifəsində “DiamVille” brilyantlarını reklam edir. Fotoşəkillərdən belə aydın olur ki o, 2018-ci ildə Mərkəzi Afrika Respublikasında olub, həmçinin Priqojinlə əlaqəli digər şirkətlərdə işləyib.

“Mediapart” ekspertlərinin iddiasına əsasən, “DiamVille” almazları “Kimberli prosesi” adlanan beynəlxalq tribunal tərəfindən qadağan edilən ərazilərdə hasil olunur. Həmin bölgələrdə yerli insanlara əziyyət edilməklə çıxarılan qiymətli daş-qaşlar hərbi münaqişələrin maliyyələşdirilməsi üçün istifadə olunur.

Xatırladaq ki, bu günlərdə ABŞ Nümayəndələr Palatasına “Vaqner” özəl hərbi şirkətinin terror təşkilatı olaraq tanınması barədə qanun layihəsi təqdim olunub.

Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu