"Vaqner" Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıb


Rusiyada şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Yevgeni Priqojinin qurduğu “Vaqner” qrupu Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıb.


Bu barədə Priqojinə aid olan “Konkord” şirkətinin sosial media hesabından “Vaqner Qrup Mətbuat Xidməti” adından verilən açıqlamada bildirilib.

"Şirkətin bağlanmasından söhbət gedə bilməz. Özəl hərbi şirkətin komandanlığı hələ də ona verilən bütün vəzifələri yerinə yetirir və şirkəti idarə edir" - deyə məlumatda qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu