ABŞ “Vaqner” qrupunu terror təşkilatı elan edə bilər


ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Rocer Uiker və demokrat Ben Kardin Konqresə Rusiya muzdlularının məsuliyyətə cəlb edilməsini nəzərdə tutan birgə qanun layihəsi təqdim edib.


AFN.az-ın məlumatına görə, sənəd ABŞ Dövlət katibindən Vaqner Xüsusi Hərbi Şirkətini xarici terror təşkilatı kimi tanımağı tələb edir.
Bu barədə xəbər senator Rocer Uikerin şəxsi saytında yerləşdirilib. Orada qeyd edilir ki, eyni qanun layihəsi Nümayəndələr Palatasına konqresmenlər Stiv Koen, Co Vilson, Riçard Hudson və Mark Vesi tərəfindən də təqdim ediləcək.
“Vladimir Putin və onun tərəfdaşları qarşıya qoyduqları məqsədlərinə çatmayana qədər dayanmayacaqlar, o cümlədən onların adından vəhşiliklər törədən “Vaqner Qrupu” kimi muzdluları cəlb edəcəklər. ABŞ bu kölgə ordusunu xarici terror qruplaşması adlandırmalıdır. Biz onları dəstəkləyən hər kəslə bərabər onları da məsuliyyətə cəlb etməliyik”, - senator Uiker öz təşəbbüsünü belə şərh edib.
ABŞ Helsinki Komissiyasının sədri senator Kardin “Vagner” muzdlu dəstəsinin Ukraynada, eləcə də Suriyada və Afrika qitəsində törədilmiş saysız-hesabsız vəhşiliklərlə bağlı ola biləcəyinə işarə edib.
“ABŞ dərhal Vaqner Qrupunu xarici terror təşkilatı kimi tanımalıdır. Bu, Rusiya ordusunu zəiflədəcək və insan haqlarını pozanların məsuliyyətə cəlb edilməsinə kömək edəcək”, - deyə Ben Kardin vurğulayıb.
Müvafiq qanun qəbul olunarsa, ABŞ Dövlət katibi 90 gün ərzində “Vaqner” şirkətini xarici terror təşkilatı kimi tanımalıdır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu