Respublika Psixiatriya Xəstəxanasına yeni baş direktor təyin edilib


Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş direktor təyin edilib.


Nazirlikdən verilən məlumata görə, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu