Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti layihələri üzrə ictimai dinləmə keçirilib


Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.


“Babək-94” MMC tərəfindən Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsi ilə D.Bünyadzadə küçəsinin kəsişməsində şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində və “Sevil” MMC tərəfindən Xətai rayon A.İsmayılov küçəsi ev 12 ünvanında olan yaşıllıqların köçürülməsi barədə müraciətlərə dair təşkil olunan tədbirdə təqdim olunan layihələrdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
DEEA-dan “Babək-94” Müstəqil Kiçik Müəssisəsinin istifadəsinə ayrılmış torpaq sahəsində növbəti yaşayış binasının layihəsinin dövlət ekoloji ekspertizasından keçirilməsini və yaşıllıqların köçürüləcəyi yer barədə Qaradağ rayon Lökbatan Bələdiyyəsi tərəfindən təqdim edilən zəmanət məktubu nəzərə alınaraq, tikinti altına düşən meyvə ağaclarının parametrləri köçürülmə üçün əlverişli olduğundan müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən xüsusi ağacçıxaran texnikanın köməyi ilə yerləri dəyişdirilərək bələdiyyə tərəfindən öncədən seçilmiş və əkin üçün hazırlanmış suvarma təchizatı olan sahəyə əkilməlidir. Ağacların köçürülməsi 11 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti altında, ictimaiyyət nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməsinin zəruri olduğunu bildirilib.
Digər ekspertizası aparılan müəssisə - Xətai rayon A.İsmayılov küçəsi ev 12 ünvanında yaşayış binası inşa edən “Sevil” MMC tərəfindən tikinti altına 1 ədəd tut ağacının düşdüyü və ekspertlər tərəfindən müraciətə qanunvericiləyə uyğun baxılacağı barədə qeyd edilib.
Əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqlarin bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu vurğulanıb.
Agentlik daxilində fəaliyyət göstərən Rəy və icazələrin monitorinqi şöbəsinin əməkdaşları tərəfindən bir müddət sonra həmin ərazilər üzrə monitorinq keçiriləcəyi və nəticələr barədə məlumatların təqdim olunacağı qeyd olunub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu