Azərbaycanda regionun ən böyük körpüsü tikiləcək


Ağsu çayının üzərində regionun ən böyük körpüsünün tikintisi planlaşdırılır.


AFN.az xəbər verir ki, bu haqda “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib. Onun sözlərinə görə, körpünün tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində layihələndirilib. Layihə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən "Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi”nin müzakirəsində açıqlama verən N.Əliyev bildirib ki, yolun genişləndirilməsi zamanı müəyyən ərazilər sürüşmə zonası olduğu üçün Ağsu çayının üzərində 83 metr hündürlükdə körpünün tikintisi planlaşdırılıb. Yol üzərində həmçinin təxminən 800 metr uzunluğunda yeraltı tunelin tikintisi də nəzərdə tutulub. "Tikilməsi planlaşdırılan körpü regionun ən böyük körpüsüdür" - deyə N.Əliyev bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu