İndi yumurtadan yalnız dişilər çıxır - dünya faunası məhv olur


Hamı qlobal istiləşmənin yer üzündə həyatı təhlükə altına aldığını deyir, lakin çox az tədbir görülür. Yaşayış şəraitinin getdikcə çətinləşdiyi dünyamızda canlıların yox olmaq təhlükəsi ilə üzləşdiyini göstərən qorxulu bir misal da var.


AFN.az Ümumdünya Təbiət Fondunun (WWF) Yaşayan Planet Hesabatına istinadən xəbər verir ki, dünyanın müxtəlif yerlərində biomüxtəliflik itkisi dərəcələri müşahidə olunub. Növün populyasiyasında ən böyük azalma tropiklərdə müşahidə olunub. Hesabata görə, 1970-2018-ci illər arasında əhali itkisi Avropa və Mərkəzi Asiyada 18 faiz, Şimali Amerikada 20 faiz, Asiya və Sakit okean hövzəsində 55 faiz, Afrikada 66 faiz, Latın Amerikası və Karib hövzəsində isə 94 faiz təşkil edib.

Təbiəti mühafizə üzrə mütəxəssislər insan qaynaqlı iqlim böhranının dünyanın təbii quruluşunu dəyişdirərkən kütləvi ölümlərə və bəzi növlərin tamamilə yox olmasına səbəb olduğunu açıqlayıblar. Türkiyəli mütəxəssis Sedat Kalem söz mövzusu itkilərin illik temperaturun onda biri nisbətində reallaşan hər vahid temperatur artımı ilə artdığını söyləyir. 2022-ci il məlumatlarına görə, onurğalı növlərinin populyasiyalarının 50 ildən az müddətdə yüzdə 69 faiz azaldığını ifadə edən Sedat Kalem bildirib ki, insan həyatının qısa bir dövründə onurğalıların üçdə ikisi yox olub.

İqlim böhranının miqyasının və təsirlərinin yerli səviyyədə dəyişdiyini deyən mütəxəssis bəzi növlərin istiləşmə iqliminə digərlərinə nisbətən daha yaxşı uyğunlaşdığını, bəzi yaşayış yerlərinin isə digərlərindən daha tez pisləşdiyini qeyd edib. "Yaşayış yerinə baxdığımızda dünyada ən kəskin populyasiya itkisi yüzdə 83 nisbətində kəskin azalma ilə şirin su növlərində yaşanır. 2021-ci ildə Tuz gölünün suları çəkildiyi zaman görülən flaminqo balalarının kütləvi ölümü hələ də yaddaşlarda olsa da, quraqlıq səbəbiylə əhəmiyyətli su itkisi yaşayan Burdur gölündə nəsli kəsilməkdə olan dikquyruq ördəklər yoxdur. Qlobal orta göstərici ilə müqayisədə Aralıq dənizində temperatur 20 faiz daha sürətlə yüksəlir. Bu, ən çox dəniz məməlilərinə təsir edir.

Aralıq dənizindəki yaşıl dəniz tısbağası və dəri kürəkli dəniz tısbağası növlərinin təhlükə altında olduğunu və dəniz tısbağalarının iqlim dəyişikliyindən iki formada təsirləndiyini ifadə edən mütəxəssisin sözlərinə görə, əvvəla, tısbağaların yumurta qoyduğu qumun temperaturu cinsiyyətə təsir edir. Adətən, erkəklər yuvanın aşağı, daha sərin hissəsindəki yumurtalardan çıxır. Sedat Kalem temperaturun artmasının yalnız dişi balaların yumurtadan çıxmasına və ya temperatur müəyyən bir nöqtəni keçdiyi zaman heç bir bala qalmamasına səbəb ola biləcəyini vurğulayır. "Dişi tısbağalar bu vəziyyətin qarşısını almaq üçün yuvanın dərinliyini dəyişdirə bilsələr də, qızdırılan qumun vurduğu ziyanı kompensasiya etmək üçün kifayət edib-etməyəcəyi bilinmir" deyə mütəxəssis bildirir.

S.Kalem bildriri ki, ikinci təsir iqlim böhranının dəniz səviyyəsinin yüksəlməsi və ekstremal hava hadisələridir: "Bu amillər artıq azalmaqda olan və həssas olan tısbağaların yuva yerlərində dəyişiklik və ya zədələnməyə və çoxalmanın davam etdirilə bilməyəcəyi yerli populyasiyaların itməsinə səbəb ola bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu