ATƏT sədri Azərbaycana gəlir


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Cənubi Qafqaz regionuna səfər edəcək.


Bu barədə təşkilat məlumat yayıb.

Bildirilib ki, aprelin 10-13-ü aralığında Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək ATƏT sədri burada hökumət rəsmiləri, parlamentarilər, vətəndaş cəmiyyəti nümayəndələri və digər şəxslərlə görüşəcək.

"Səfər çərçivəsində ATƏT ilə Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq vasitəsilə sülh və sabitliyin təmin edilməsi məsələləri müzakirə olunacaq", - ATƏT-dən qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu