Qlobal maliyyə böhranının əsas "qurbanları" bu bazarlar olacaq


Rusiyanın keçmiş maliyyə naziri Mixail Zadornov yeni qlobal maliyyə böhranının hansı bazarlara daha çox mənfi təsirlərinin olacağı haqda danışıb.


AFN.az-ın xəbərinə görə, sabiz nazir "RİA Novosti"yə müsahibəsində bildirib ki, böhranın əsas qurbanları vençur kapitalı və kriptovalyuta bazarları olacaq. Onun sözlərinə görə, daşınmaz əmlak bazarları 20-25 faiz korreksiya olacaq. Vençur kapitalı və ya kriptovalyuta ən ağır nəticələrlə üzləşəcək, çünki onlar tənzimlənmir və heç bir şeylə təmin olunmur.

Ekspert xatırladıb ki, COVID-19 pandemiyası zamanı daşınmaz əmlak Kanada, Yeni Zelandiya, Avstraliya və İsveçdə həddən artıq bahalandı. Lakin hazırda bu ölkələrdə onun dəyəri 20-25 faiz ucuzlaşıb. Bundan əlavə, Zadornov vurğulayıb ki, bu il qlobal iqtisadi artımın yavaşlaması ABŞ və Avropa İttifaqında tənəzzülə yol verib.

Zadornov qarşıdan gələn qlobal böhranın kütləvi təsirini proqnozlaşdırarkən qeyd edib ki, onun nəticələri 2008-ci ildəki analoji hadisələrin nəticələrindən daha böyük olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu