İtkin düşmüş azərbaycanlıların basdırıldığı rayonlar üzrə məzar yerlərinə aid xəritələr tərtib edilib


İtkin düşmüş azərbaycanlıların basdırıldığı rayonlar üzrə məzar yerlərinə aid xəritələr tərtib edilib.


AFN.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, Dövlət Komissiyası tərəfindən toplanmış məlumatlar əsasında rayonlar üzrə məzar yerlərinə aid xəritələr tərtib edilİb:

"Plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq".

Xatırladaq ki, E.Səmədov "Report"a müsahibəsində qeyd edib ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu