Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edilib.


Bu barədə sərəncam Ermənistan Prezidentinin saytında dərc olunub.

Maralçyanın istefa təklifi baş nazir Nikol Paşinyandan gəlib. Prezident Vaaqn Xaçaturyan bunu qəbul edib və müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Maralçyan 2020-ci il oktyabrın 26-da Ermənistan MTN-nin Sərhəd Qoşunlarının komandanı təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu