Hulusi Akar Zakir Həsənova başsağlığı məktubu göndərib


Türkiyənin milli müdafiə naziri Hulusi Akar aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində 3 Azərbaycan əsgərinin şəhid olması ilə bağlı azərbaycanlı həmkarı Zakir Həsənova başsağlığı məktubu göndərib.


APA xəbər verir ki, “Əziz qardaşım” ifadəsi ilə başlayan məktubda Akar Azərbaycan xalqının ağrılarını ürəkdən hiss etdiyini bildirib.

Nazir Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğunu bildirib:

“İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla yanında olmağa davam edəcəyik. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarının, qardaş Azərbaycan xalqının və Müdafiə Nazirliyinin dəyərli əməkdaşlarının kədərlərini paylaşır, başsağlığımızı çatdırırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu