Sabah bir sıra magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah ölkənin bir sıra magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 17-də gecə və səhər saatlarında ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.