Finlandiyada Avropanın ən böyük nüvə reaktoru işə salınıb


Finlandiyada 18 ildir tikintisi aparılan Avropanın ən böyük nüvə reaktoru Olkiluoto 3 (OL3) müntəzəm fəaliyyətə başlayıb.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" AES-in operatoruna istinadən məlumat yayıb. Yeni reaktor ən azı 60 il işləyəcək və Finlandiyanın elektrik enerjisinə olan tələbatının təxminən 14%-ni ödəyəcək. 1,6 giqavatlıq (GW) reaktorun tikintisinə 2005-ci ildə başlanılıb. Stansiya əvvəlcə dörd il ərzində yekunlaşıb açılmalı idi, lakin texniki nasazlıqlar səbəbindən işə salınması təxirə salındı.

Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti ötən ilin may ayında Finlandiyaya qaz nəqlini rublla ödənişdən imtina etdiyi üçün dayandırıb.

Avropada nüvə enerjisi məsələsi təhlükəsizlik baxımından kifayət qədər mübahisəli olaraq qalır. Xüsusilə, Almaniya aprelin 15-də ölkədə fəaliyyət göstərən son üç atom elektrik stansiyasını dayandırıb. Qitənin ən böyük atom elektrik stansiyası olan Zaporojye rusların nəzarəti altındadır. AES daimi atəşə məruz qalır ki, bu da vaxtaşırı stansiyanın enerjisizləşməsinə səbəb olur. Bu, bütün dünya üçün radiasiya nəticələri ilə daimi qəza təhlükəsi yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu