G7-dən Rusiyaya nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı çağırış


G7 ölkələrinin xarici işlər nazirləri qəbul etdikləri birgə bəyanatda Rusiyanı həm sözdə, həm də əməldə nüvə müharibəsinin qalib gələ bilməyəcəyini və başlamamalı olduğunu təsdiq etməyə çağırıblar.


AFN.az bu barədə TASS-a istinadən xəbər verir.

Sənəddə diplomatlar beş nüvə dövlətinin nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınmasına dair 3 yanvar 2022-ci il tarixli birgə bəyanatını xatırladıblar. Bəyanatda deyilir: “Biz bir daha təsdiq edirik ki, nüvə müharibəsi qalib gələ bilməz və başlanmamalıdır”.

Xatırladaq ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın Təhlükəsizlik Şurasının iclasında nüvə müharibəsində qalibin müəyyənləşdirilməsinin mümkün olmayacağını bildirmişdi. G7 XİN başçıları hesab edirlər ki, bu, mümkün nüvə müharibəsi ilə bağlı hədədir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Qərbin Rusiyanın mövcud olmayan nüvə silahından istifadə etmək niyyətini ittiham etmək cəhdlərinə işarə etmişdi. 27 oktyabr 2022-ci ildə Rusiya prezidenti Putin də Qərbi nüvə müharibəsi təhlükəsini qızışdırmaqda ittiham edib.

Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Moskva nüvə silahından istifadə məsələsinin gündəmə gəlməsinə imkan vermir. Onun sözlərinə görə, Rusiyada heç kim Moskvanın mövqeyini Avropanın mövqeyindən fərqləndirən bu tip silahların tətbiqindən danışmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu