İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib


İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib.


Bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində paylaşım edilib.

"Bu gün biz bütün Holokost qurbanlarının xatirəsini ehtiramla yad edirik. Biz qurbanlarla yanaşı, həm də onların dözümlülüyünü və cəsarətini xatırlayırıq. Onların itaətsizliyi bizim qələbəmizdir", - paylaşımda bildirilib.

Xatırladaq ki, aprelin 18-də İsraildə Holokost qurbanlarının və müqavimət qəhrəmanlarının anım günü qeyd olunur. Bu tarixdə Holokost zamanı qətlə yetirilən 6 milyon yəhudinin xatirəsi yad edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu