Tibbi maska idxalının gömrük rüsumundan azad olunması daha 6 il uzadıldı


Azərbaycanda tibbi maska istehsalı üçün idxal olunan xammal 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumdan azad edilir.


Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə görə, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 3 fərqli formalı hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallarıın idxalı gömrük rüsumundan azadolma müddəti 2030-cu ilin dekabrın 31-dək uzadılıb.

Qeyd edək ki, eyni kateqoriyalı məhsullar üçün idxal rüsumundan azadolma ikinci dəfədir artırılıb. Belə ki, sonuncu dəfə Nazirlər Kabineti 2022-ci ilin noyabrın 5-də bu müddəti 2024-cü ilin dekabrın 31-dək artırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu