Son sutkada 75 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.


Bu barədə AFN.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 75 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 101 nəfər isə sağalıb, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 830 993 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 317 nəfər müalicə olunaraq sağalıb, hazırda 459 aktiv xəstə var. Bu günə qədər 10 217 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 561, bu günə qədər isə ümumilikdə 7 579 826 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 180 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 958 814 olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu