Rusiyaya dəstək verən qrupların kiberhücumları barədə xəbərdarlıq edilib
Britaniya kritik milli infrastruktur təşkilatlarına kiberhücum barədə xəbərdarlıq edir. Təhdid Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən ölkələrdən gəlir.
AFN.az-ın məlumatına görə, bu barədə "RBC-Ukrayna" Britaniyadakı Milli Kibertəhlükəsizlik Mərkəzinə istinadən xəbər verir. Bildirilir ki, bəzi qruplar dağıdıcı və partlayıcı hücumlar təşkil etmək niyyətində olduqlarını bəyan ediblər. Təşkilatlar onların müdafiələrini gücləndirmək üçün addımlar atmalarını təmin etməlidirlər.
Təhdid qismən Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən dövlətə bağlı qruplardan gəlir. "Bu qruplar maliyyə mənfəəti güdmür və dövlət nəzarətinə tabe deyildir, ona görə də onların hərəkətləri kibercinayətkarlığın ənənəvi iştirakçılarından daha az proqnozlaşdırıla bilər və məqsədləri daha geniş ola bilər", - deyə kibertəhlükəsizlik mərkəzi əlavə edib.
Xatırladaq ki, Britaniya hökumətinin Kibermüdafiə Agentliyi Rusiya hakerləri tərəfindən Qərb ölkələrinin kritik infrastrukturuna artan kiberhücum təhlükəsi barədə bundan əvvəl də xəbərdarlıq etmişdi.
Almaniyanın ən böyük hərbi texnika və sursat istehsalçısı "Rheinmetall" konserni böyük kiberhücuma məruz qalıb.
Rusiya, İran və Çindən 2022-ci ildə dəfələrlə kiberhücum və casusluq cəhdləri qeydə alınıb.