Vaşinqton Kiyevə kibertəhlükəsizliyi gücləndirmək üçün 37 milyon dollar ayırmaq niyyətindədir


Vaşinqton kibertəhlükəsizliyi gücləndirmək üçün əlavə olaraq Kiyevə on milyonlarla dollar ayırmaq niyyətindədir.


AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd edilib.

Bildirilib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Konqreslə birlikdə Ukraynaya kibertəhlükəsizlik sahəsində təxminən 37 milyon dollar məbləğində əlavə yardımın göstərilməsi üzərində işləyir.

"Bu dəstək Ukraynaya kiber insidentləri və təhdidləri daha effektiv şəkildə aşkarlamağa, qarşısını almağa və onlara cavab verməyə, kritik şəbəkələrin və rəqəmsal infrastrukturun qorunmasına kömək edir", - hesabatda deyilir.

Qeyd edək ki, bu bəyanat iyunun 1-də Tallində baş tutan ABŞ və Ukrayna nümayəndələrinin kibertəhlükəsizlik məsələləri üzrə görüşündən sonra verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu