ABŞ-da ilk dəfə olaraq Ramazan bayramı rəsmi tətil elan edildi


ABŞ-da ilk dəfə olaraq bir bələdiyyə Ramazan bayramını rəsmi tətil elan edib.



Birləşmiş Ştatların Miçiqan əyalətində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.

Miçiqan ştatının Dirborn şəhərinin meri Abdullah Hammud yerli mediaya açıqlamasında "Birinci dəfədir ki, bir bələdiyyə Ramazan bayramını bayram elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınmış olur. Düşünürəm ki, bu, çox vacibdir" – deyib.

Qəbul edilən qərarla ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının ilk günü ödənişli məzuniyyət veriləcək, cümə günü, aprelin 21-də meriya ilə yanaşı, məhkəmələr, kitabxanalar kimi rəsmi qurumlar da bağlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu