Çempionlar Liqasının İstanbulda keçiriləcək final matçının biletləri satışa çıxarılıb


UEFA bu il Türkiyənin İstanbul şəhərində keçiriləcək Çempionlar Liqasının final oyunu üçün biletləri satışa çıxarıb.


Ən ucuz biletin qiyməti 70 avro, ən bahalı biletin qiyməti 690 avrodur.

II və III kateqoriyalar üzrə biletlərin qiyməti isə müvafiq olaraq 180 və 490 avro təşkil edir.

Qeyd edək ki, həlledici qarşılaşma iyunun 10-da Atatürk Olimpiya Stadionunda baş tutacaq. Finala gedən yolda İspaniya "Real Madrid"i İngiltərənin "Mançester Siti" klubu ilə, İtaliya təmsilçiləri "İnter" və "Milan" isə bir-biri ilə qarşılaşacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu