Polislər xidməti silahdan istifadə etmək istəməyiblər - DİN-dən AÇIQLAMA


Bakının Nəsimi rayonu ərazisində "Toyota Prius” markalı avtomobili polisin üzərinə sürən şəxslə bağlı əlavə məlumat var.


DİN Mətbuat Xidmətindən AFN.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtomobil 1987-ci il təvəllüdlü Rauf Qurbanovun özünə aiddir və onun saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir. "Avtomobildə külli miqdarda narkotik vasitələr aşkarlanaraq ekspertizaya təqdim edilib. Rauf Qurbanov artıq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Sürücü narkotik vasitənin təsiri altında olub və daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılıb. Saxlanma zamanı tabesizlik göstərərək avtomobili yüksək sürətlə hərəkət etdirib, ara yollara daxil olub. Polis əməkdaşları, əməliyyat qrupu xidməti silahdan istifadə etməmək üçün onu sıxışdırma üsulu ilə saxlayıblar".

Qeyd edək ki, CM-in 234.4.3-cü maddəsi külli miqdarda narkotik vasitələri dövriyyəsi ilə məşğul olmaya görə müvafiq cəzanı nəzərdə tutur. Bu maddə ilə ittiham olunan şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu