Deputatdan “Bakı İnşaat” tikinti şirkətinə ittiham
“Əfsuslar olsun ki, bu gün bir çox tikinti şirkətləri fırıldaqla, insanları aldatmaqla məşğuldurlar”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Rüfət Quliyev deyib.
O bildirib ki, “Bakı İnşaat” MMC ev satdığı insanları aldadır.
“Mənə müraciətlər olur. Köməkçim həmin şirkətin rəhbərinə zəng edir, amma o, ya telefonları açmır, ya da söhbətdən qaçır”, - deyə Rüfət Quliyev əlavə edib.