Rusiyalı modelyer Valentin Yudaşkin vəfat edib


Rusiyanın məşhur modelyeri Valentin Yudaşkin 59 yaşında vəfat edib.


AFN.az bu barədə Rusiya mediasına istinadən məlumat verir. Valentin Yudaşkin sovet hökuməti illərində də modelyer fəaliyyəti ilə tanınan olub. Onun ölümünü həyat yoldaşı Marina Yudaşkina açıqlayıb. Modelyerin ölümün səbəbi 2016-cı ildən onda aşkarlanan xərçəng xəstəliyi olub.

7 il xəstəliklə mübarizə aparsa da, sonra ona məğlub olan Yudaşkin Moskva vilayətinin Odintsovo rayonunun Bakovka kəndində anadan olub. 1991-ci ildə Paris Moda Həftəsində kolleksiyasını nümayiş etdirən ilk rus dizayneri Yudaşkin Olimpiya Oyunlarından əvvəl Rusiya Olimpiya komandası üçün kostyumlar yaradıb. O, həmçinin RF Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün geyim formalarının hazırlanmasında iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu