Generalın adından 15 min alan mayor həbs edildi


Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin generalının adından isitifadə edib, dələduzluq edən mayor rütbəli zabit həbs olunub.


Qaynarinfo-nun məlumatına görə, 1977-ci ildə Şəki rayonunda anadan olmuş Abbas 1999-cu ildən Silahlı Qüvvələrdə xidmətə başlayıb, müxtəlif hərbi hissələrdə xidmət etdikdən sonra 2018-ci ildə isə ordu sıralarından zabit kimi ehtiyata buraxılıb.

O, ehtiyata buraxıldıqdan sonra Rüfət adlı polkovnik-leytenantdan 15 min pul alaraq, onu Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsində mudir vəzifəsinə təyin etdirəcəyinə söz verib.

Abbas onu həmin vəzifəyə mülki işçi kimi işə qəbul edəcəyinə vəd edib.

O, Rüfəti Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsində xidmət edən adını və soyadını bildirmədiyi general rütbəli şəxsə rüşvət qismində verilməsi müqabilində bu işin həll olunacağına inandırıb.

Görüşdən bir neçə ay keçsə də, Abbas Rüfətin işinin həll edilməsi üçün hər hansı hərəkət etməyib, soruşduqda pulu generala verdiyini, qısa müddətə həll olunacağını ona deyib. Lakin sonuncu vədindən bir müddət sonra Abbas mobil telefonlarını söndürərək onlardan gizlənməyə başlayıb.

Çıxılmaz vəziyyətdə qalan Rüfət Abbas barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmənin qərarı ilə Abbas barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib, 2 il 9 ay həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu