Avropa Liqasının yarımfinal mərhələsi başlayır


Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.


Hər iki qarşılaşma eyni gündə keçiriləcək.

İtaliyada baş tutacaq matçlarda "Yuventus" İspaniya "Sevilya"sını, "Roma" isə Almaniyanın "Bayer" klubunu qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu

23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu