Peskov: "Rusiya Qarabağda vasitəçi kimi çıxış edir və tərəflərdən təmkinli olmağı gözləyir"


Rusiya Qarabağ məsələsində vasitəçi kimi çıxış edir, Ermənistan və Azərbaycandan təmkin gözləyir və Bakı və İrəvanla təmasları davam etdirir.


AFN.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bilirsiniz ki, təmaslar davam edir. Bir gün əvvəl Vladimir Putin Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüşüb və Azərbaycan tərəfi ilə də danışıqlar davam edir. Rusiya üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulmuş funksiyalarını yerinə yetirməkdə davam edəcək. Təbii ki, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına gətirib çıxara biləcək hər hansı addım atmamağa çağırırıq”, - Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya həm Bakı həm də İrəvanla təmaslarını davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu